SON XƏBƏR

Yukio Amano: İran nüvə proqramı ilə bağlı öhdəliklərinə sadiq qalıb

Oktyabr 22
00:40 2017
Fransada səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano bu ölkənin xarici işlər naziri ilə görüşündən sonra bəyan edib ki, İran beynəlxalq razılaşmaya sadiq qalaraq nüvə proqramı ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirib.
 
O bildirib ki, İran ilə Qərb ölkələri arasında 2015-ci ilə əldə olunmuş konsensusa əsasən hazırlanmış Əhatəli Müştərək Təşəbbüs Proqramına uyğun olaraq bütün obyektlərə baxış keçirilib.
 
Təşkilatın İranda keçirdiyi monitorinq zamanı rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müəyyən edilib. Agentliyin İrana qarşı heç bir iddiası yoxdur. (Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook