SON XƏBƏR

"Yoldaşı sağ qalması üçün dua edirdisə, indi meyitini görməyə..." - Günay şəhidimizə ağladı

Fevral 27
15:10 2017
Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi cəbhə xəttində Şəhid olan əsgər və zabitlərimizin adını açıqlayıb.

BiG.AZ xəbər verir ki, müğənni Günay İbrahimli fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuş hərbi qulluqçu Həşimli Turalı yad edib: 

"7 ay əvvəl evlənmişdi, ata olacaqdı... Tural kəşfiyyat bölük komandiri olub. 3 gün əvvəl şəhid oldu. Turaldan başqa 4 şəhidimiz var. Allah heç bir ailəni başsız, anaları oğulsuz, bacıları qardaşsız qoymasın. Təsəvvür edin, 7 ay əvvəl sevdiyin birinə gəlin gedirsən, sevinirsən ki, onun yanında olacam, gələcəyinlə bağlı planlar qurursan, hələ dünyaya övlad gətirmək istəyirsən. Bir anlıq qaranlıq sənin başını alır, dünyan dəyişir. O yoxdu. Heç olmasa meyidini görmək, onu qucaqlayıb ağlamaq istəyirsən. Meyit də yoxdu. Neytral zonada qalıb. İndi o qız inanıram ki, sağ qalması üçün dua edirdisə, indi meyiti bir dəfə görmək üçün dua edir. Hamımız dua edək, əsgərlərin sağlığı üçün dua edək. Sevdiklərimizin də dəyərini bilək. Sabaha ümid yoxdur..."






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook