SON XƏBƏR

Yol polisi icra başçılarının cərimələrinin silinməsinə münasibət bildirdi: "Uydurma təxəyüllü, heç bir əsası olmayan və gülüş doğuran..."

Oktyabr 06
09:56 2018
Ötən gün Baş Dövlət Yol Polisi İdarəsində icra başçılarına yazılmış MMX-lar qeyri-qanuni yollalarla silindiyi barədə Qaynarinfo.az-a istinadla xəbər dərc etmişdik.

Xəbərdə qeyd edilirdi: "Əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. "Aylıq" verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.

Bəs bu cərimələri kim və hansı əsasla silir? Mənbə bildirir ki, bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun nəzarəti altında baş verir. Qanunlarımız sıravi vətəndaşla məmurlar arasında heç bir fərq qoymasa da, Ramiz Zeynalov bu üstünlüyü onlar üçün yaradıb və məmurlar istədikləri vaxt cərimələrini sildirə, bununla da dövlətin büdcəsinə ziyan vura bilirlər".
 
Daha sonra dövlət başçısının mövzuya uyğun çıxışından sitat da verilirdi:

"Qeyd edək ki, hələ bir neçə il əvvəl prezident İlham Əliyev bu məsələyə toxunaraq avtomobillərinə yazılmış cərimələri ödəməyən məmurlara xəbərdarlıq etmişdi. məhz dövlət başçısının bu xəbərdarlığından sonra məmurlar tərəfindən külli miqdarda cərimə ödənilmişdi. Onların arasında hətta nazirlərin belə olduğu bildirilir. Görünür yenidən prezidentin bu məsələyə müdaxilə etməsi vacibdir".
 
Qlobal.az yayılan xəbərə münasibət öyrənmək üçün BDYPİ-nə müraciət edib. BDYPİ-nin məslə ilə bağlı göndərdikləri açıqlamanı təqdim edirik:

"Bəzi internet saytlarında dərc edilmiş "Baş Dövlət Yol Polisi İdarəsinin rəisi icra başçılarının cərimələrini necə sildirir?” sərlövhəli məqalələrdə guya "icra başçılarının müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götürtmələri, istifadələrində olan avtomobillərinin sistemə düşməsini əngəlləmələri, protokol tərtib edildiyi hallarda isə cəriməni ödəmədən, rüşvət qarşılığında protokolları sistemdən sildirmələri” qeyd olunur. 
 
DYP-nin fəaliyyətdən xəbərsiz, uydurma təxəyüllü, heç bir əsası olmayan və gülüş doğuran "faktlara” əsaslanan belə məqalə müəlliflərinin nəzərinə çatdırmaq istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının mərkəzi informasiya sisteminin fəaliyyətinə müdaxilə etmək, sistemdən hər hansı məlumatı silmək və ya hər hansı bir nəqliyyat vasitəsinin sürücüsunə "xəta törədilməsində imtiyazlar vermək” imkanı yoxdur. Sistemin proqram təminatı isə inzibati xəta haqqında işlər üzrə icraat aparmaq səlahiyyəti olmayan tamamilə kənar qurum tərəfindən həyata keçirilir.
 
Odur ki, məqaləni dərc etməzdən əvvəl adi jurnalist araşdırması aparmaqla  istinad edilən "mənbə”nin məlumatlarını dəqiqləşdirmək daha məqsədəmüvafiq olardı".

Xatırladaq ki, Azfakt.com saytı da yayılan məsələ ilə bağlı ilging xəbər yayıb. 
 
Saytın yaydığı xəbərdə iddia edilir ki, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi Vahid Nuriyevin cərimələri silməsi barədə ölkə mətbuatında dəfələrlə məlumatlar yer alıb.Həmin məlumatlarda qeyd edilib ki, MMX rəisi Vahid Nuriyev yükək çinli məmur uşaqlarının və vəzifəli şəxslərin avtomobillərinin sistemə düşməsinin qarşısını alır. 
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook