SON XƏBƏR

Yol polisi Bakıda nümunəvi xanım sürücüləri mükafatlandırdı

Mart 08
17:33 2018
Yol polisi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda qadın sürücüləri təbrik edib

Virtualaz.org-un məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov KİV-ə bildirib ki, paytaxt ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb, eyni zamanda, xanımların idarə etdikləri nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb.

Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh tədbiri seçilməyən xanım sürücülər "Nümunəvi xanım sürücü” kimi mükafatlandırılıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook