SON XƏBƏR

Yeni sürücülük vəsiqəsi alanda əlavə rüsum alınacaqmı? - Ekspert şərhi

Noyabr 23
11:15 2018
Məlum olduğu kimi ilin əvvəlində "Yol Hərəkəti Haqqında" Qanuna dəyişiklik edilib. Baş nazir Novruz Məmmədov qanuna dəyişiklik haqqında qərarı imzalayıb. Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Qanuna edilmiş dəyişikliyə əsasən sürücülük vəsiqələri Vyana Konvensiyasının ən son dəyikliklərinə uyğunlaşdırılıb və alt kateqoriyalar yaradılıb.
 
Sürücüləri düşündürən məsələ isə yeni sürücülük vəsiqələrinin alınmasında əlavə rüsumların olub-olmayacağıdır.
 
Nəqliyyat eksperti Ərşad Hüseynov qanuna edilmiş dəyişikliyi Qaynarinfo-ya şərh edib:

"Nazirlər Kabinetinin qərarı texniki xarakter daşıyır. Çünki bu ilin əvvəlində "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilib və Nazirlər Kabinetinin qərarı da qanuna uyğunlaşdırılıb. Qanuna dəyişlik etməkdə məqsəd Azərbaycanda sürücülük vəsiqələrini, onların kateqoriyalarını Vyana Konvensiyasının son düzəlişlərinə uyğunlaşdırmaq idi. Vyana Konvensiyasının 2011-ci ildə qəul edilmiş son əlavələrində sürücülük vəsiqələrinin alt kateqoriyaları və onların hansı növ nəqliyyat vasitəsini idarə etmək üçün uyğun olduğu müəyyən olunmuşdu. Bir də bizim sürücülük vəsiqələrinin beynəlxalq qanunvericiliyə uyğun gəlməyən iki problemi var idi ki, onlar da aradan qaldırılıb. Problemlərdən biri Azərbaycan əlifbasında latın qrafikasına aid olmayan hərflərin işlənməsi, digəri isə sürücülük vəsiqələrində məlumatların ardıcıllığının konvensiyaya uyğun olmaması idi. Bu problemlər də aradan qaldırılır".
 
Ekspert bildirib ki, sürücülər hazırkı sürücülük vəsiqələrinin etibarlılıq müddəti bitənə qədər ondan istifadə edə biləcəklər və yanvardan sonra sürücülük vəsiqəsi almaq üçün imtahan verənlər isə əlavə heç bir rüsum ödəməyəcəklər:

"Köhnə vəsiqəsi olanlar heç bir imtahan verməyəcəklər. Sürücülərin köhnə vəsiqələri etibarlılıq müddəti bitənə qədər qüvvədə qalacaq. Etibarlılıq müddəti başa çatanda da həmin vəsiqələr eyni kateqoriyalar saxlanılmaqla heç bir imtahansız yeni nümunəyə uyğun şəkildə dəyişdiriləcək. Hətta yanvarın 1-dən sonra kimsə istəsə, sadəcə əvvəlki qaydada dövlət rüsumunu ödəməklə (25 manat) köhnə vəsiqəni yenisi ilə əvəzləyə bilər. İmtahan prosedurunda da heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq yanvarın 1-dən etibarən imtahan verənlərə yeni növ sürücülük vəsiqəsi veriləcək. Bir də arzulasa alt kateqoriyalar üzrə də imtahan verə bilər. Kateqoriyadan asılı olmayaraq, imtahan verəndə eyni rüsum ödənilir".
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook