SON XƏBƏR

“Yeni silahların alınması üçün Moskva ilə danışıqlar aparırıq” – Respublika Prezidenti İlham Əliyev

Yanvar 19
15:51 2017
"Biz yeni silahların alınması ilə bağlı Moskvayla danışıqlar aparırıq”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib.

Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: "Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook