SON XƏBƏR

Yeni islam lideri - Ramzan Kadırov daha Putinin "çərçivələrinə" sığmır

Sentyabr 05
09:13 2017
Şahin Cəfərli
Politoloq 
 
Dünən Moskvada Myanmar səfirliyi qarşısındakı icazəsiz etiraz aksiyası ciddi siqnaldır. Məncə, Ramzan Kadırov quldur olsa da, zəkasız deyil. Bu resursu görür və həmin sosial bazanın liderliyinə oynayır. Onun Moskvaya güc nümayiş etdirməsi və nəticədə Putinin Myanmar qətliamını qınamağa məcbur qalmasını sıradan, epizodik bir hadisə kimi qiymətləndirmək yanlış olar. Kadırov artıq Putinin ona biçdiyi ölçülərə sığmır və mərkəzin təlimatlarını icra etməklə məşğul olan əyalət canişini rolundan çıxaraq ümumrusiya miqyaslı liderə çevrilmə ambisiyası nümayiş etdirir. Bunun üçün ən ideal yol ölkədəki narazı müsəlmanların iradəsinin ifadəçisi missiyasını üzərinə götürməkdir. Vəziyyətin bu yerə gəlib çıxması Kremldə oturan və oturacaq istənilən adamı Kadırovla hesablaşmaq reallığı qarşısında qoyur. Bu yeni missiyası ilə Kadırov həm də şəxsi immunitet əldə etmək və qurduğu yarımteokratik feodal rejimin, topladığı varidatın toxunulmazlığına təminat qazanmaq niyyətindədir.
 
Rus dövləti üçün digər başağrısı isə odur ki, ruslar və digər slavyan mənşəli rusdillilər arasında doğumun səviyyəsi azaldığı halda, şimali qafqazlılar başda olmaqla, ölkə müsəlmanlarının sayı getdikcə artır. Bu demoqrafik disbalans da göstərir ki, islamın Rusiyada sosial-mədəni və siyasi faktor kimi rolu güclənərək davam edəcək.

Qeyd: Yazı müəllifin facebook səhifəsindən əldə olunub.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook