SON XƏBƏR

"Yeni Azərbaycan Partiyasının ideologiyası Heydər Əliyevin dövlətçilik və vətənpərvərlik sevgisinə əsaslanır!"

Noyabr 21
22:32 2017
1990-lardan başlanan acınacaqlı durumlar ölkədə bir çox ziyalı kəsimi və o cümlədən xalqımızın Ümummilli Lideri Heydər Əliyevi çox narahat edirdi. 1990-dan başlayaraq ölkədə ictimai və siyasi vəziyyət sürətlə təzadlı günlərə qədəm qoymaqdaydı. 1990-cı ilin Qanlı Yanvar qırğınına hələ Moskvada kəskin etirazını bildirib haqq səsini qaldıran‚ xalqımızın başına gətirilən müsibəti SSRİ paytaxtında bütün dünyaya car çəkən qüdrətli şəxsiyyət Heydər Əliyev artıq Azərbaycan xalqına xidmət etmək üçün xalqın ən ağrılı və acılı günlərində dəstək olmaq üçün‚ xalqın yanında olmaq üçün vətənə geri döndü. Bu zaman Heydər Əliyevi tək bir məsələ düşündürürdü‚ tək bir məsələni hədəf almışdı‚ o da xalqın qarşılaşdığı acınacaqlı durumların qarşısını almaq‚ xalqı mövcud kəskin siyasi və sosial böhrandan xilas etməkdən ibarət idi. Bu missiyanı həyata keçirtmək üçün Naxçıvana gələn Heydər Əliyev oradan bütün Azərbaycanın köməyinə yetməyə çalışırdı. O zaman ölkə daxilində bir çox xain qüvvələr Heydər Əliyevin bu fəaliyyətlərinin qarşısını almağa‚ onun xalqla münasibətlərini əngəlləməyə və qarşısında durmağa çalışırdılar. Həmin xain qüvvələrin bu kimi çirkin niyyətləri‚ ölkəni daha da böyük faciəvi hallara doğru aparmaqdaydı. Heydər Əliyev isə hər fürsətdə Azərbaycan xalqına yardım etməyə çalışırdı. Ən təzadlı hal isə bir çox xainlərin buna mane olması idi. Lakin Azərbaycanın bir çox ziyalı şəxsləri‚ elm xadimləri birgə ictimai siyasi fəaliyyət aparmaq‚ ölkəni mövcud acınacaqlı siyasi böhrandan çıxarmaq üçün Heydər Əliyevə müraciət etdilər. Beləliklə Naxçıvanda çox sayda ziyalı şəxslərin iştirakı ilə keçirilən təsis konfransında ölkənin gələcək həyatının taleyinin həll olunmasına‚ ölkənin dəhşətli siyasi böhrandan‚ acınaqlı vəziyyətdən xilas edəcək siyasi təşkilatın‚ Yeni Azərbaycan Partiyasının varlığı elan olundu‚ Heydər Əliyev isə bu partiyasının lideri seçildi. Artıq xalqın taleyini düşünən bir təşkilatlanma meydana çıxırdı. Nəhayət xalqımız üçün xoşbəxtlik bəxş edəcək günlərin bünövrəsi qoyulmaqdaydı. 1992-93-cü illərin qanlı-qadalı günlərində xalqın bu partiyaya və partiyanın qüdətli liderinə güclü inamı və etimadı vardı. Məhs xalqın istəyi tələbi ilə xüsusən o dövr Azərbaycan ziyalıları tərəfindən‚ Heydər Əliyev‚ ölkədəki dəhşətli siyasi böhranı həll edilməsi və ölkənin xilası üçün Naxçıvandan Bakıya dəvət olundu. Hər kəs anlıyırdıki Azərbaycanı mövcud parçalanma və yox olma təhlükəsindən‚ qardaş qırğınından‚ xaos və anarxiyadan yalnız Heydər Əliyev xilas edə bilərdi. Xalqın istəyi ilə Bakıya gələn və yalnız xalqın iradəsini və istəyini icra edən Heydər Əliyev bu günkü qüdrətli Azərbaycanı yaradıb ərsəyə gətirdi. Bu şərəfli işin bütün qrafik və sistematik mexanizmlərini Yeni Azərbaycan Partiyası və onun ziyalı mənsubları həyata keçirtdilər. Ziyalı şəxslərin iş başına çağrılması‚ dövlət qulluğunda yer verilməsi‚ qabiliyyətli‚ səriştəli‚ işinin yüksək peşəkarı olan şəxslərə etimad göstərilməsi Heydər Əliyevin ən mühüm iş prinsipi və onun yaratdığı Yeni Azərbaycan Partiyasının qarşısındakı ən ümdə məsələ idi. Partiyadakı ən bacarıqlı‚ peşəkar şəxslərin‚ qabaqcıl insanların vəzifəyə gətirilməsi Azərbaycanı və xalqımızı gözləyən bütün siyasi təhlükələrdən qorumuş oldu. Hələ Naxçıvanda yarandığı gündən ölkənin bir çox yerlərindən ziyalı şəxslər heçbir təzyiq və hədə qorxuya boyun əyməyərək‚ çəkinmədən yeni yaranmış bu şərəfli partiyanın sıralarına qatılmağa tələsirdilər. Yeni Azərbaycan Partiyasının sıralarını tutan və ölkənin gələcəyinə biganə qalmayan mötəbər ziyalı və ləyaqətli şəxslər var qüvvələriylə Azərbaycanın parlaq gələcəyi üçün iş aparmışlar. Ümummilli Lider Heydər Əliyevin ideyalarını qoruyub yaşadan Yeni Azərbaycan Partiyası‚ 2003-cü ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yeni yüksək mərhələyə qədəm qoymuş‚ daha da inkişaf etdirilmiş Azərbaycan naminə çalışmış‚ yarandığı gündən olduğu kimi dövlətçilik dəyərlərinin qorunması‚ vətənsevərlik prinsiplərinin icrası fonunda‚ dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və sədrliyi ilə əzmlə çalışaraq eləcədə xalqımızın taleyüklü məsələlərinin həllində‚ ölkə əhalisinin maddi və sosial rifah halının yüksəldilməsində‚ ölkənin daha da güclənməsində‚ o cümlədən habelə təhlükəsizliyimizin qorunması yolunda əməli ictimai siyasi işlər həyata keçirtməkdədir. Yeni Azərbaycan Partiyası yarandığı gündən indiyə qədər bütün amalı dövlətçiliyimizin qorunması‚ Azərbaycanın bütün dünyada tanıdılması‚ Azərbaycan həqiqətlətinin bütün dünyaya çatdırılması kontekstlərindən ibarət olmuş‚ bütün qayəsi isə dövlətçilik və vətənpərvərlik hisslərindən yoğrulmuşdur. Çünki bu partiyanın təməli belə qoyulmuş və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik sevgisinin təzahürünü əks etdirməkdədir. Yeni Azərbaycan Partiyası bütünlüklə Heydər Əliyev dühasının bariz nümunəsi və Heydər Əliyev ideyalarının parlaq bir modelidir. Dövlət Başçısı möhtərəm cənab İlham Əliyevin partiyanın sədri olması və dövlət başçısı seçilməsi bu mükəmməl dəyərləri yüksək səviyyədə qorumuş‚ daha da inkişaf etdirmiş oldu. Ulu Öndər Heydər Əliyev ideyaları və onun yüksək dühası parlaq şəkildə Prezident İlham Əliyevin yüksək dünya görüşü və zəngin idarəçilik təcrübəsi, yüksək dövlətçilik sevgisi sayəsində daha da inkişaf etdirilərək bu günümüzə çatdırılmaqda və yaşadılmaqdadır. Müasir Azərbaycan Dövlətinin banisi Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev olduğu kimi‚ bu ideyaların və bu üstün dəyərlərin yüksək səviyyədə qorunması da ölkə başçısı möhtərəm cənab İlham Əliyevin müstəsna xidmətidir.
 
Mirsamir Məmmədov



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook