SON XƏBƏR

Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü Salyanda qeyd olunub

İyul 11
00:00 2018
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə gül- çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
 
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, şura üzvləri, partiya fəalları və idarə heyətinin üzvləri iştirak etmişlər.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik etmiş, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışdır.
 
Daha sonra tədbirdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov çıxış edərək partiyanın 25 ildə keçdiyi əzmkar yolundan, siyasi meydana çıxmasının mövcud ictimai-siyasi şəraitdən asılı olmasından danışmış, rayon təşkilatının fəaliyyəti haqqında məlumat vermişdir. Natiq bildirmişdir ki, YAP Salyan rayon təşkilatı rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə yaxından iştirak etmişdir.
         
Tədbirin yekununda Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə rayonun ictimai-siyasi həyatında fərqlənənlərə Salyan rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanları təqdim edilmişdir.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook