SON XƏBƏR

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının konfransı keçirildi

Noyabr 10
20:08 2017
10 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının IX konfransı keçirildi. Konfrans nümayəndələri əvvəlcə Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, hörmət və ehtiramlarını ifadə etdilər. Konfrans Naftalan şəhər Heydər Əliyev Mərkəzində Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı. Sonra Yeni Azərbaycan Partiyasının  fəaliyyətindən bəhs edən filmə baxış keçirildi. 
           
Konfransın işində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı  Natiq Aslanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edirdilər.
          
Konfransda YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev VIII konfransdan ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, YAP Naftalan şəhər təşkilatı ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun, Ümummilli lider Heydər Əliyevin ideyalarına, onun siyasətinə sadiq olaraq, şəhərimizin inkişaf etməsi üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilmiş, partiyanın maarifçilik işi gücləndirilmişdir. Bu gün YAP Naftalan şəhər təşkilatının 1226 nəfər üzvü 37 ilk partiya təşkilatında birləşmişdir. Hesabat məruzəsində qeyd olunmuşdur ki, VIII konfransdan keçən müddət ərzində 240 nəfər YAP sıralarına qəbul edilmişdir. 
        
Sonra YAP Naftalan şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Anar Əsədzadənin hesabat məruzəsi dinlənildi. Məruzələr ətrafında YAP Qadınlar Şurasının üzvü Kəmalə Hüseynova, YAP Gənclər Birliyinin sədri Aynurə Novruzova çıxış etdilər.
        
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, İki Sahil qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov konfrans iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdilər. Sonra natiqlər Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və möhtərəm Prezidentimiz YAP-ın sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs edib, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdilər. 
     
Sonda hesabat məruzəsi ətrafında hazırlanmış qətnamə oxunaraq qəbul edildi. Konfransda təşkilati məsələlərə də baxıldı. YAP Naftalan şəhər təşkilatının 19 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçildi, Qocayev Hatəm Əli oğlu isə yenidən YAP Naftalan şəhər təşkilatının sədri seçildi.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 

 

 

 

 


 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook