SON XƏBƏR

Yəməndə terrorçu-kamikadze avtomobildə özünü partladıb, ölənlər var

Noyabr 14
15:38 2017
Yəmənin cənubundakı Ədən şəhərində terrorçu-kamikadze partlayıcı yüklü avtomobili təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında partladıb.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 hərbçi həlak olub, 25-dən çoxu yaralanıb.
 
Məlumata görə, bu qərargah Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə bu yaxınlarda Yəmənin cənubunda formalaşdırılan "təhlükəsizlik zonası"na daxil olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook