SON XƏBƏR

Yazıçılar birliyinə qəbul dayandırılıb

Oktyabr 22
15:24 2018
Azərbaycan Yazıçılar Birliyinə üzv olmağa can atan xeyli yazar olsa da, bu elə asan başa gəlmir. 

Üzvlük şərtlərindən Open.az-a danışan AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, Yazıçılar birliyinin qəbul komissiyası bu məsələ ilə birbaşa məşğul olur:

"Qəbul komissiyasının üzvləri Azərbaycanın tanınmış qələm adamlarıdır. Komissiyanın sədri Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocadır. Üzv olmaq üçün müraciət edən şəxs ən azı iki kitab müəllifi olmalı, müxtəlif illərdə dövri mətbuatda, xüsusilə Azərbaycan Yazıçılar Birliyinin orqanlarında çap olunmalıdır. Eyni zamanda üç nəfər önəmli imzalardan zəmanət almalıdır. Həmin üç nəfər də ən azı on il Yazıçılar birliyinin üzvlüyündə olmalıdır. Bu şərtlər icra olarsa, qəbul komissiyası həmin şəxsin namizədliyini dəyərləndirir. Hazırda qəbul dayandırılıb. Çünki gələn ay bizim qurultayımızdır. Qurultaydan sonra üzvlüyə qəbul bərpa olunacaq. Üzvlük haqqı ildə 15 manatdır”. Mətbuat katibi AYB-dən xaric edilmə məsələsinə də toxunub: "Yazıçılar birliyi ictimai təşkilatdır. Bura qəbul və xaric olmaq könüllülük prinsipi ilə həyata keçirilir. Əgər üzv özü bu üzvlükdən imtina edirsə, bu, təbii qəbul olunur. Azərbaycanın dəyərlərinə həqarət etmiş, əl uzatmış, dil uzatmış insanlar var ki, onlar katibliyin qərarı ilə Yazıçılar birliyinin üzvlüyündən xaric ediliblər”.

AJB-dən xaric olunanların siyahısında Kəramət Böyükçol, Mahirə Abdulla, Əkrəm Əylisli kimi yazarların adları var. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook