SON XƏBƏR

Yay Olimpiya Oyunları2024 və 2028-ci illərdə bu şəhərlərdə keçiriləcək

Sentyabr 14
01:50 2017
Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında 2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci il Olimpiadasının isə Los-Ancelesdə keçirilməsinə dair rəsmi qərar qəbul olunub.
 
"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, bunu BOK-un prezidenti Tomas Bax elan edib. "Beynəlxalq Olimpiya Komitəsinin eyni zamanda 2024 və 2028-ci illər Yay Olimpiya Oyunlarının paytaxtlarını seçdiyini xəbər verməyə şadam. 2024 və 2028-ci il Oyunları müvafiq olaraq Paris və Los-Ancelesdə keçiriləcək", — deyə Tomas Bax bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook