"Yaxın illərdə bütün hərbçilər mənzillə təmin olunacaqlar" - Ekspert
Yanvar 27
15:17
2020
"Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə Bakıda, Gəncədə, Naxçıvanda mənzillər verilib. Bundan başqa, 2019-cu il ərzində 200-dən çox xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib. Bu prosesin 2020-ci ildə də davam etdirilməsi planlaşdırılır".
"Report" xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli deyib.
Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu formalaşdığı ilk illərdə hərbi qulluqçuların mənzillə təminatı sahəsində ciddi problemlər mövcud olub: "Hətta Sovet dövründən miras qalan hərbi şəhərciklərin demək olar, əksəriyyətində işğal olunmuş ərazidən məcburi köçkün düşmüş soydaşlarımız yerləşdirildiyindən hərbçilərin böyük hissəsi mənzil problemi ilə üzləşirdi.
Hərbi ekspert Ramil Məmmədli: "Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir"
2000-ci illərin əvvəllərindən başlayaraq ölkə rəhbərliyi hərbçilərin mənzil probleminin həlli ilə bağlı qanunvericilik bazasını yenilədi. Prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Komissiya yaradılıb. Həmin komissiya mərhələli şəkildə hərbçilərin bu istiqamətdəki problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirir. Yeni şəhərciklər inşa edilir, torpaq sahələri verilir və hərbçilər xidməti mənzillərlə təmin olunurlar".