SON XƏBƏR

Yaxın günlərdə Mosul terrorçulardan tam təmizlənəcək - İraq rəsmisi

Aprel 19
12:42 2017
İraqın Terrorizmlə Mübarizə İdarəsi qərbi Mosulla bağlı məlumat yayıb.

SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, İdarənin rəisi Talib Şəğati mətbuata açıqlamasında İŞİD-in qərbi Mosulun 6 qəsəbəsinə nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, qərbi Mosulun 32 qəsəbəsi və şəhərin əsas hava limanı azad edilib.

Hazırda əməliyyatların davam etdirildiyini və İraqın Terrorizmlə Mübarizə İdarəsi Qüvvələrinin əs-Surə və əl-Təng məntəqələrinə doğru irəlilədiyini bildirən T.Şəğati yaxın günlərdə bütün şəhərin terrorçulardan təmizlənəcəyini qeyd edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook