SON XƏBƏR

Yaşı 65-də çox olanlar SMS-lə də evdən çıxa bilməzlər

Aprel 03
13:32 2020
"Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədə qalır. Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır.

C.Salmanov, həmçinin əlavə edib ki, fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook