SON XƏBƏR

Yaşar Məmmədov - Prezidentin etimadını, xalqın sevgisini qazanan şəxsiyyət!

Yanvar 24
00:30 2017
Bu gün dünyada baş verən qlobal iqtisadi böhrana, regional siyasi proseslərə baxmayaraq Azərbaycan sürətli inkişaf mərhələsindədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının iqtisadi dayanıqlığı və siyasi monolitliyi bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər xalqın sosial rifah halının daha da yüksəldilməsini və xarici investorların ölkəyə cəlb olunmasını, habelə regionların müasirləşməsini bu uğurların kiçik bir hissəsi sanmaq olar. 
 
Respublika Prezidenti İlham Əliyev cənablarının əzmlə davam etdirdiyi iqtisadi uğurları və dövlətin qayğısını ölkənin bütün regionlarında hər bir vətəndaşa hiss etdirmək yerli məmurlardan, xüsusən də rayon icra hakimiyyəti başçılarından çox asılıdır. Bu həm də vətəndaşla dövlət və hakimiyyət arasında olan inam və sevgidən qaynaqlanan münasibətin daha da dərinləşməsinə gətirib çıxarır. Vəzifəli, səlahiyyətli şəxsin öz vəzifəsinə məsuliyyətlə yanaşması onun rəhbərlik etdiyi regionun, sahənin inkişafı, çiçəklənməsi deməkdir. 
 
Bu gün Azərbaycanın ən inkişaf etmiş, günü-gündən çiçəklənən rayonlarından biri də Quba rayonudur.
 
Ölkənin ən inkişaf etmiş strateji rayonlarından olan Qubanın abadlaşması və iqtisadi inkişafı daim Respublika Prezidenti İlham Əliyev cənablarının etimadını doğruldan, tövsiyyə və tapşırıqlarını, göstərişlərini operativ və dəqiqliklə yerinə yetirən rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun yorulmaz fəaliyyətinin, gərgin əməyinin və əlbəttə ki, xalqa, dövlətə, prezidentə olan sevgisinin nəticəsidir.
 
Prezident İlham Əliyev cənablarının Yaşar Məmmədovu Quba rayonunun İcra Hakimiyyətinə başçı təyin etməsindən sonra burada bütün sahələrdə əsaslı işlər görülmüşdür. Quba rayonu bu gün öz gözəlliyi, səliqə-sahmanı və zəngin coğrafiyası ilə Qafqazın turizm məkanlarına liderlik edir.
 
Sevindirici haldır ki, Yaşar Məmmədovun gərgin əməyi və zəhməti sayəsində Quba rayonunda aparılan abadlıq və quruculuq işləri yüksək peşəkarlıqla davam etdirilməkdədir. Quba bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi ən qabaqcıl rayonlardan biridir. Qubanın turizm məkanı olaraq inkişafı dövlətin büdcəsinin daha da artması ilə bərabər, həm də yerli əhalinin dolanışıq səviyyəsinin yaxşılaşdırılmasını təmin edir. Rayonda aparılan iqtisadi inkişafı bu gün hər bir Qubalı öz həyatında, məişətində hiss edir.
 
Yaşar Məmmədov Quba rayonuna rəhbərliyə başladığı zamandan etibarən rayon əhalisinin qayğı, təklif və problemlərini birbaşa onların öz dilindən eşitmək üçün müntəzəm olaraq səyyar qəbul-görüşlər keçirir. İdarə və müəssisə rəhbərləri ilə birlikdə rayonun ən ucqar kəndlərinə gedərək əhalinin həyat səviyyəsi ilə maraqlanır, mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tapşırıqlarını verir. 
 
Rayonda biznes mühitinin formalaşdırılmağı, iqtisadi potensialın artırılması və infrastrukturun yenilənməsi də Yaşar Məmmədovun diqqət mərkəzindədir. Məhz buna görədir ki, Quba rayonunun iqtisadi həyatında yerli sahibkarlarla yanaşı, ölkənin müxtəlif yerlərindən gələn iş adamları da təmsil olunur. 
 
Yaşar Məmmədovun xüsusi önəm verdiyi məsələlərdən biri də rayonda formalaşmaqda olan gəncliyin müasir təhsillə təmin olunması, onların xalqımızın milli – mənəvi dəyərlərini və ulu öndər Heydər Əliyevin siyasi məfkurəsini əxz etmələri istiqamətindədir. Bu yöndə rayon məktəbliləri ilə mütəmadi görüşlər keçirilir. Hər bir görüşdə gəncliyə vətənpərvərlik ruhu aşılanır. 
 
Qubada Respublika Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən daxili imkanlardan istifadə etməklə aztəminatlı, sosial vəziyyəti qənaətbəxş olmayan ailələrə də diqqət və qayğı göstərilir, onların işlə təmin olunması istiqamətində işlər aparılır.
 
Yaşar Məmmədov bütün fəaliyyəti dövründə hər an Respublika Prezidenti İlham Əliyevə və dövlətçiliyə sarsılmaz sədaqətilə seçilən şəxsiyyətlərdəndir. Yaşadığı zəngin və şərəfli həyatı boyu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının mətin əsgəri olmuşdur. Dövlətimizin müstəqilliyinin ağır illərində daxili sabitliyin qorunması istiqamətində peşəkarlıqla çalışan Yaşar Məmmədov 1995-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "İgirliyə görə” medalı ilə təltif olunmuşdur.
 
Yaşar Məmmədov bu gün də Qubalılarla sıx ünsiyyətdə olaraq qayğısı olan hər bir qubalını həssaslıqla dinləyir, onların problemlərinin həllinə yardımçı olur. 
 
Respublika prezidenti İlham Əliyevin cənablarının və bütün Qubalıların inamını doğrultmuş Yaşar Məmmədov yaratdığı nümunəvi həmrəylik nəticəsində Quba rayonu bu gün də yüksək dinamika ilə inkişafa davam edir. 
 
Redaksiyadan: Dekabr ayının 13-də Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Yaşar Məmmədov Respublikanın ictimai-siyasi həyatında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. 
 
Biz də Qlobal.az İnformasiya Portalı olaraq hörmətli Yaşar Məmmədovu təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.
 
Qlobal.az
loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook