SON XƏBƏR

Yasamal yol polisində Qələndərovun “qara radar” əməliyyatı – Emin kimdir?

Aprel 26
12:32 2017
50 manatlar kimlər üçün yığılır? Büdcəyə yoxsa cibə…
 
Bakı şəhəri daxilində fəaliyyət göstərən yol polislərinin fəaliyyəti həmişə müzakirə mövzularından olub. Zaman-zaman onların qanunsuz faəliyyəti, sürücülərə qarşı kobud münasibət və haqlı-haqsız davranışları mətbuatın və ictimaiyyətin diqqətində dayanıb.
 
Ümumiyyətlə, şəhər daxilində çalışan BŞDYP-nin bütün əməkdaşlarını fəaliyyətsizlikdə günahlandırmaq doğru olmaz. Onların arasında sözün həqiqi mənasında işini bilən, çiynində daşıdığı rütbəyə hörmətlə yanaşanları da var.
 
Amma ümumi faiz hesabı ilə götürsək şəhər yol polislərinin fəaliyyətindəki nöqsanlar, BŞDYP-nin ictimaiyyətlə əlaqələr sektorunun zəif fəaliyyəti, daha çox sürücülərin günahlandırılması diqqətdən qaçmır. Bütün bunlar və bunun fonunda gələcəkdə baş verəcək gözləntilər hələ ki, aidiyyatı qurumların rəhbərlərini ciddi narahat etmir. Əslində bu belə davam etməyəcək. Sürücülər həmişə günahkar ola bilməz. Adətən yol polisləri sürücünü qaydanı pozmağa, hətta qəza törətməyə vadar edə də bilir. Nəticədə yenə sürücü günahkardır.
 
Bu günlərdə redaksiyaya maraqlı məlumat daxil olub. 2015-ci ilin noyabr ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini işləyən Qəhrəman Qələndərov Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edildi. Əksəriyyət düşünə bilər ki, bu nə deməkdir? Şəhər DYP-sinin rəis müavini postundan Yasamal Yol Polisi Bölməsinə rəis göndərilməkdə nə səbəb ola bilər? Səbəblər zatən açıqlanmır. Qərar verilir və hər bir kəs bu qərara sayğı göstərib icra edir. Yəni, səbəbin bilinməsi bizlik deyil. Vətəndaş yalnız cərimə ödəməlidir. Qalan işlərə qarışa bilməz.
 
O zaman bildirilirdi ki, Qəhrəman Qələndərov BŞDYP-də özünü müavin kimi deyil, bir başa rəis kimi aparır, qaydalara əməl etmir və ən əsası qanusuz əməllərlə məşğul olur. Daha doğrusu, qarşısına keçəni günahkar bilib cərimələyir. Əslində onu da qınamaq olmazdı, çünki, Xətai rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olan zaman buna alışıq olub. Gün ərzində 100-lərlə günahlı-günahsızı elə günahkar bilmək hər adamın işi deyil.
 
Bəs elə isə, Qəhrəman Qələndərov indi Yasamalda nələr qarışdırır? Danışan mənbə bildirir ki, Yasamal rayonu ərazisində daha çox "qara radar”lar quraşdırılıb. Bu radarlar daha işlək fəaliyyətlə yanaşı siqnal ötürmə qabiliyyətinə malikdir. Yəni, rayon ərazisində radara düşən və radarı olub qərarsızdır deyə ödəyə bilməyən sürücülərin müəyyənləşdirilməsini həyata keçirir.
 
Məlumata görə, yoldaş Qələndərov bölmədə Emin adlı mülki şəxsi kompyuter qarşısında əyləşdirərək siqnalları izlətdirir. Qərarsız cərimələri olan avtomobilləri (indi əksər radarları aylarla ödəmək mümkün olmur və qərarsızdır deyib sürücünü arxayınlaşdırırlar. Günün birində saxlayıb maşını cərimə meydançasına aparırlar ki, radarınızı ödəməmisiz və sizin maşına həbs qoyulub. Konkret faktlar göstərmək olar. Araşdırmaq istəyən varsa buyursun araşdıraq) müəyyənlədirərək dərhal ərazidəki YPX əməkdaşlarına məlumat ötürür və avtomobilə saxlama əmri verib bölməyə gətizdirir.
 
Bundan sonra bu Emin adlı şəxs olan-olmaz radarı sürücüyə təqdim edib maşın barədə həbs qərarının verildiyini bildirir. Sürücünü qorxudurlar ki, sürücülük hüquqlarınız əlinizdən alınacaq, maşın cərimə meydançasına saxlanılacaq. Bunun cəriməsi 6 ay sürücülük hüquqlarından məhrum etmə və məhkəmədir. Bir sözlə uzun çək-çevirdən və sürücünün yalvarışlarından sonra azı 50 manat alıb cəriməni ödəmək şərti ilə avtomobili buraxırlar.
 
Bəs bölmədəki mülki şəxs Emin yoldaş kimdir? O hansı əsasla orda işləyir və bunu bura kim "təyin” edib? Məlumata görə, Emin adlı şəxsin dediyi qanundur.
 
Bu şəxs daha yüksək çinli məmurun adamıdır və heç Qələndərovu belə eşitmir. Emin konkret olaraq radarlara nəızarət edir və "öz işi”ni görür.
 
Burada bir maraqlı məqam var. Qərarlı və ya qərarsız radar nə deməkdir? Bu kimə lazımdır və nədən 3 ay qərar verilmir? Bir aydan sonra gələn faizlər, cərimə meydançasına aparılan avtomobil sürücüsünün keçirdiyi əsəb, strest, narahatçılığı kimin ayağına yazmalıyıq?
 
Qanuna görə, radardan və ya protokoldan şikayət etmə müddəti 10 gündür. 10 gündən sonra şikayət edilməyən radarlar qərarlı hesab olunmalıdırsa nədən ödəniş etmək mümkün deyil, yoldaş generallar?
 
Bunu kimsə vətəndaşlara açıqlamalıdır. Radar hansı hallarda və neçə gündən sonra ödəniş üçün qərarlı heasab olunmalıdır? Əgər olunmursa bunun dəbbə pulunu kim ödəməlidir? Maşın nədən cərimə meydançasına aparılmalıdır?vaqif esedov
 
Hər gün efirdən sürücülərə xəbərdaqlıq edən, qaydanı pozmayın deyən, sürücüləri günahlandıran BŞDYP-nin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Vaqif Əsədov niyə bundan danışmır? Sürücülərin qanunlara riayət etməsini tələb edənlər nədən öz işlərini yerinə yetirmirlər? Bu bacarıqsızlıqdır yoxsa, nəsə bir əmma var? Dövlət büddəcindən daha nə qədər pul ayrılmalıdır ki, bu işlər sistemləşsin? Daha neçə il gözləməliyik?
 
Qaldı ki, Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəisi Qəhrəman Qələndərovun əməllərinə bu barədə yaxın günlərdə cənab prezident İlham Əliyev və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlanacaq.
 
Qanunların aliliyinə xələl gətirən diğər rayon yol polislərinin əməlləri barədə də araşdırmalarımız davam edir.
Bizimxeber.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook