SON XƏBƏR

Yardımlıda meşə yanğını

Avqust 20
09:43 2019
Yardımlıda meşə zolağı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, rayonun Ostayır kəndi ərazisində 1 ha sahədə meşə zolağı, 5 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri, meşə təsərrüfatı işçiləri və kənd əhalisi tərəfindən söndürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook