SON XƏBƏR

Yardımlı meşəsi nədən yandı? - İsti hava, yoxsa "kömür mafiyası?"

İyul 09
01:45 2018
İyul ayının 5-də səhər saatlarında Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında meşə zolağında yanğın başlaması barədə xəbərlər yayıldı.

Həmin gün günorta saatlarında yayılan məlumatda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikalarının, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarının və yerli əhalinin hadisə yerində olduğu, yanğının söndürülməsi istiqamətində iş aparıldığı qeyd olunurdu.
 


Həmçinin yayılan məlumatda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsinin, helikopter və aviasiyasının-"Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS” amfibiya təyyarəsinin yanğının söndürülməsi işlərinə cəlb olunduğu, havanın isti və küləkli olmasına görə yanğının tam söndürülməsinə çətinliklər yaratdığı vurğulanırdı. 
 


Daha sonra yerli KİV-in rəsmi qurumlara istinadən yaydığı məlumatda Yardımlı rayonunda meşə zolağında baş verən yanğının 1 hektar ərazini əhatə etdiyini, yanğın zamanı ərazidəki quru ot örtüyünün və xırda kolların yandığı, yanğının lokallaşdırılması istiqamətində intensiv tədbirlərin görüldüyü bildirilirdi.
 

 
Firdovsi Əliyev

Dünən isə, iyulun 8-də ATV kanalının xəbərlər proqramının axşam buraxılışında ETS nazirinin müavini Firdovsi Əliyev yanğın barədə danışarkən ilginc məqamlara toxunub. Belə ki, nazir müavinin sözlərinə görə Yardımlı meşələrində baş vermiş yanğın 30 hektara yaxın ərazini əhatə edib. Eyni zamanda nazir müavini bildirib ki, yanğın zamanı şabalıq, vələs, palıd və fıstıq ağaclarının üstünlük təşkil edib. 

Göründüyü kimi, Yardımlı meşələrində iyul ayının 5-də başlayan və ayın 7-dək davam edən yanğın zamanı verilən məlumatlarla nazir müavinin tv-də yekun nəticə ilə bağlı səsləndirdiyi rəqəmlər qətiyyən uzlaşmır. Belə ki, 1 hektar ərazini əhatə edən yanğının çoxsaylı insan qüvvəsinin, helikopterlərin, amfibiya təyyarənin və yanğınsöndürən maşınların çalışmasına baxmayaraq 30 hektar ərazini əhatə etməsi olduqca şübhəlidir. Digər şübhəli məqam isə yanğının ilk gündə ot örütüyünü və kolları əhatə etdiyi bildirilsə də, sonradan ən qıymətli fıstıq, şabalıd, palıd. vələs ağaclarını əhatə etməsidir. 
 

 
Meşəçiliyin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov

Qlobal.Az-ın əldə etdiyi məlumatlara görə, yanğın baş verən ərazi istiqamətində əsas yol Şıxlar kəndindən keçir. Təəssüflər olsun ki, indiyə qədər ETSN Şıxlar kəndindən meşə zolağına aparan yeganə yolda müşahidə kamerası quraşdırmayıb. 

Qeyd edək ki, zaman-zaman mediada cənub meşələrində "kömür mafiyası"nın olduğu və bu "çete"nin nazirlik sistemində kimlərsə tərəfindən dəstəkləndiyi bildirilir. 

Xatırladaq ki, baş verən yanğın barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook