SON XƏBƏR

“YARAT”da “ARTE” kanalının əməkdaşının mühazirəsi dinlənilib

Oktyabr 30
16:06 2017
"YARAT” Müasir İncəsənət Mərkəzində "ARTE” fransız-alman kanalının onlayn strategiya üzrə rəhbəri Dominik Vilyamın mühazirəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, tədbir "ADAMI” Media Mükafatı tərəfindən təşkil edilən "Videobloq: Öz ifadəni tap, yaz və dərc et!” adlı seminar çərçivəsində təşkil edilib. İki gün davam edən mühazirələrdə qeyd edilən mövzularda diskussiyalar aparılıb, seminarlar qarışlıqlı müzakirələrlə davam edib.

Dominik Vilyam uzun illər media şirkətləri üçün məsləhətçi, həmçinin müxtəlif onlayn pop mədəniyyət layihələrinin redaktoru kimi fəaliyyət göstərib. O, yeni yaradılmış "Fresh Media” kreativ agentliyinin təsis edilməsində yaxından iştirak edib. Hazırda o¸ fransız-alman "ARTE” kanalında (Paris) onlayn kontent və yeni platformalar üçün baş redaktor vəzifəsində çalışır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook