SON XƏBƏR

Yaqub Mahmudovun yerinə yeni direktor seçildi

Yanvar 27
14:24 2021
Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib.

İclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.

İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Yaqub Mahmudov Tarix İnstitutunun baş direktoru vəzifəsindən azad edilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook