SON XƏBƏR

Yaqub Mahmudov: Tolerantlıq baxımından Azərbaycan modelini öyrənmək lazımdır

Mart 27
20:16 2017
«Dünyanın bir çox ölkələrində İslamı zəiflətməklə bağlı cəhdlər edilir. Lakin Azərbaycanda məzhəb ayrılığı yoxdur. Ölkəmizdə İslam Universiteti fəaliyyət göstərir, eləcə də Qafqazın ən böyük məscidi "Heydər Məscidi"ndə vəhdət namazı qılınır. Bu, dünya üçün örnəkdir».
 
Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
 
Y.Mahmudov bildirib ki, əgər bu gün dinlərarası, sivilizasiyalarası razılıq olsa, münaqişələr də olmaz. Onun fikrincə, bu baxımdan, Azərbaycan modelini öyrənmək lazımdır.
 
«Dünyada əmin-amanlıq istəyiriksə soyqırımların, terrorların qarşısı alınmalıdır. Bütün dinlər bu işdə fəal olmalıdırlar. Təəssüf ki,  Avropa ölkələrində islamofobiya meylləri təbliğ olunur. İnsanlar həmrəy olmalı, birləşməlidirlər ki, Xocalı hadisələri ilə rastlaşmayaq. İslam ölkələri, eləcə də digər din təmsilçiləri də bu işdə fəal olmalıdırlar»- deyə, Y.Mahmudov vurğulayıb. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook