SON XƏBƏR

Yaqub Mahmudov: Bütün xalqımızı prezident seçkilərində cənab İlham Əliyevə - Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıram!

Aprel 09
15:57 2018
«İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcək. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb.
 
Xalqımız bu siyasəti qətiyyətlə dəstəkləyir». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
 
Y.Mahmudov bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, İlham Əliyevin əsas təbliğatçısı son 15 ildə əldə olunan böyük uğurlardır. «Vətəndaşlarımız bu uğurları öz həyatlarında hiss edirlər. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə əminik. İlham Əliyevə səs vermək Azərbaycanın tarixinə sahib çıxmağa və inkişafımızın davamlı olmasına səs verməkdir. Xalqımızı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm.
 
Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi isə Heydər Əliyevin siyasi varisi olan dövlətimizin başçısı İlham Əliyevdir.
 
Bütün xalqımızı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıram!»-deyə, Y.Mahmudov vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook