SON XƏBƏR

Yaqub Mahmudov: Bir sıra Avropa ölkələri islamofobiya meyillərini təbliğ edirlər

Mart 15
18:23 2017
Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər.
 
Trend-in məlumatına görə, bunu AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu gün "İslam həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
Y.Mahmudov bildirib ki, Azərbaycanda yalnız islam dini deyil, bütün səmavi dinlər qorunub saxlanılıb.
 
Onun sözlərinə görə, dünyanın bəzi ölkələrində islamı daxildən dağıtmağa çalışsalar və buna nail olsalar da, Azərbaycanda islam həmrəyliyi var: "Biz dini məzhəb birliyini qoruyub saxlaya bilmişik. Əgər dinlərarası razılıq olsa, dünyada belə münaqişələr olmaz. Münaqişələrin, anlaşılmazlıqların aradan götürülməsi üçün bütün dinlər fəal şəkildə işə qarışmalıdır. Buna görə də Azərbaycan modelini öyrənmək lazımdır. Azərbaycan modeli nümunə kimi götürülərsə, dünyadakı bu soyqırımlara, münaqişələrə son qoyular".
 
Y.Mahmudov əlavə edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir. Azərbaycan islamın regionda yayılmasında çox mühüm rol oynayıb.
 
Tarixçi alim qeyd edib ki, dünya tarixində mühüm rol oynamış islam intibahının formalaşmasında Azərbaycanın xüsusi rolu olub: "Biz islam həmrəyliyini, etibarını, dinimizi çox çətin şəraitdə qoruyub saxlaya bilmişik. Məhz müsəlman olduğumuz üçün bizə qarşı dəhşətli soyqırımlar həyata keçirilib, minlərlə insanlar öldürülüb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook