SON XƏBƏR

Yaqub Eyyubov: "Rusiya regionda təhlükəsizliyin qarantıdır"

Dekabr 17
00:08 2016
Azərbaycanla Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 
 
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu baş nazirin 1-ci müavini, Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Yaqub Eyyubovhökumətlərarası komissiyanın Bakıda keçirilən 16-cı iclasında deyib. 
 
O bildirib ki, Rusiya nəinki iqtisadi tərəfdaş, həm də regionun təhlükəsizliyinin qarantıdır: "Rusiya çalışır ki, hər yerdə sülh olsun və başqa ölkələrin daxili işlərinə müdaxilə halları baş verməsin. Biz Rusiya ilə münasibətlərə böyük önəm veririk. Ticarət dövriyyəsini artırmaq üçün stimul var. 2014-cü illə müqayisədə ticarət dövriyyəsi kəskin azalıb. Bu isə böhranla bağlıdır, hər yerdə ciddi itkilər müşahidə olunur. Bizdə də devalvasiya baş verib”. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook