SON XƏBƏR

Yaponiyada 140 təyyarə reysi təxirə salındı

Yanvar 23
00:52 2017
Yaponiyanın Hokkaydo adasında güclü qar səbəbilə 140 aviareys təxirə salınıb. 

Musavat.com xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, təkcə böyük Yapon aviaşirkətlərindən olan "Japan Airlines" və "All Nippon Airways" şirkətlərinin 118 reysi təxirə salınıb. Qatar hərəkətlərində də gecikmələr müşahidə olunub.

Yaponiyanın baş meteorologiya agentliyinin məlumatına görə, bazar ertəsi səhər saatlarında regiona 60 santimetr qarın yağmasıi gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook