SON XƏBƏR

YAP Laçın rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Fevral 21
15:28 2018
Yeni Azərbaycan Partiyası Lacın rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyamızın Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini başa çatdırıb.
 
YAP Lacın rayon təşkilatının seçki qərargahının 7 nəfər imzatoplayan fəalı 121 saylı Lacin Seçki Dairəsi üzrə yaşayan sakinlərdən 350 imza toplayıb. Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook