SON XƏBƏR

YAP-da ümumrespublika müşavirəsi keçirilib

İyun 30
13:13 2018
Yeni Azərbaycan Partiyası (YAP) şəhər (rayon) təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirəni açaraq prezident seçkilərində göstərdikləri fəallığa görə partiya üzvlərinə təşəkkürünü bildirib.

Qeyd edib ki, seçkilər yüksək fəallıqla təşkil edilib: "Xalqımız bu seçkilərdə də prezident İlham Əliyevin siyasətini dəstəklədiyini yüksək səs çoxluğu ilə göstərdi. Seçki kampaniyasında YAP üzvləri yüksək fəallıq göstəriblər və prezident İlham Əliyev partiya üzvlərinə təşəkkürünü bildirib".

Ə.Əhmədov qeyd edib ki, bu il bir  sıra əlamətdar hadisələrlə yadda qalıb: "Xalq Cümhuriyyətinin 100 illik yubileyi, hərbi paradı bura aid etmək olar. Qarşıdakı iki ildə də bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək".
 
(APA)
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook