SON XƏBƏR

YAP-a problem yaradan yapçı - Seçki ilində skandal (VİDEO)

Fevral 20
01:38 2018
Aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının imicinə ciddi xələl gətirəcək hadisə baş verib. Belə ki, partiyanın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın baş həkim olduğu Sabunçu rayon, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan rüşvət tələb olunduğunu özündə əks etdirən videogörüntülər yayılıb.
 
Ölkənin bir çox xəstəxanalarında bu cür neqativ hallarının baş verməsinə baxmayaraq 2 saylı Doğum Evində baş verənlər daha böyük rezonans doğurub. Buna səbəb isə bu xəstəxanada işçilərin vətəndaşlardan rüşvəti açıq-aşkar tələb etməsidir. 2 saylı Doğum Evinin işçilərinin bu "arxayınlığı" görünür baş həkimlərinin Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri olması ilə əlaqədardır.
 
 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Mehriban Abasquliyeva yayılan videonun tez bir zamanda sosial şəbəkələrdən və onlayn mediadan yığışdırılmasına çalışsa da buna nail ola bilməyib. Məlum video çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən sürətlə yayılıb.
 
Əldə etdiyimiz məlumata görə bütün qüvvəsini prezident seçkilərinə səfərbər edən hakim partiyanın katibliyinin də Mehriban Abasquliyevanın baş həkim olduğu xəstəxanada çəkilən videodan xəbərləri var. Hətta deyilənlərə görə məlum hadisəyə görə Mehriban Abasquliyevanın partiyaya çağırıldığı və ciddi formada tənbeh olunduğu deyilir. 
 
Məlumata görə Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək prezident seçkilərindən sonra Mehriban Abasquliyevanı partiyanın imicinə xələl gətirdiyi üçün sıralarından kənarlaşdıracaqlar.
 

 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook