SON XƏBƏR

Xudatda tender “oyunları”

Avqust 02
10:32 2017
Hakimiyyət orqanlarında müsabiqə yolu ilə keçirilən satınalma, tender və kotirovkalarda hansı müəmmalı "oyunların” baş verdiyi barədə zaman-zaman informasiyalar yayılıb.

Qlobal.az xəbər verir ki, 24saat.org saytının apardığı araşdırmalar zamanı məlum olub ki, belə şübhəli satınalmaların tüğyan etdiyi yerlərdən biri də Xaçmaz rayonudur.

Beləki, Xaçmaz rayonu icra hakimiyyəti təkcə Xudat şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin vasitəsilə 2011-2015-ci illərdə 35 müsabiqə yolu ilə satınalmalar həyata keçirib. Ümumi dəyəri 940 928 manat olan bu satınalmalarda 13 Məhdud Məsuliyyətli Cəmiyyət, 2 nəfər isə fiziki şəxs qalib olub.

Hələlik,heç bir şərh vermədən apardığımız araşdırmaların nəticəsini silsilə yazılarla sizin diqqətinizə çatdıracağıq. 

Araşdırmamız zamanı məlum olub ki, 2011-2015-ci illərdə, Xudat icra nümayəndəliyi tərəfindən həyata keçirilən satınalmaların əsas qalibi, yəni həm sayca, həm də udduğu müsabiqənin dəyərinə görə, birinci yerdə "Tural-2009” MMC gəlir.

Beləki, bu şirkət 2011-ci ildə:

"sair xərclər üzrə satınalmalar üçün” – 10 880 manat,
"əsaslı təmir üzrə satınalmalar üçün” – 44 970 manat,
"digər mallar üzrə satınalmalar üçün” – 11 700 manat,
"yumşaq inventarların satınalınması üçün” – 8 510 manat,
"kommunikasiya xidmətlərinin satınalınması üçün” – 4 140 manat,
"istilik – odun satınalınması üçün” – 7 540 manat,
"cari təmirlərin satınalınması üçün” – 3 150 manat,
"təsərrüfat mallarının satınalınması üçün” – 16 420 manat,
"dəftərxana materiallarının satınalınması üçün” – 8 280 manat
– olmaqla 9 dəfəyə 115 590 manatlıq satınalmalarda qalib olub.

Cavid Qurbanovun müavinindən şikayətçi olanlar deputat Jalə Əliyevanın yolunu gözləyir
2012-ci ildə isə "Tural MMC”:

"avadanlıqların satın alınması üçün” – 2 900 manat,
"inventarların satın alınması üçün” – 4 000 manat,
"kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün” – 15 600 manat
olmaqla, 3 dəfə qalib olub.

2013-cü ildə isə adıçəkilən kommersiya qurumu:

"mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 39 500 manat,
"abadlıq işlərinin satın alınması üçün” – 47 500 manat,
"kommunal və kommunikasiya xidmətlərinin satınalınması üçün” – 17 000 manat,
"idarənin difər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün” – 3 800 manat
olmaqla, cəmisi 4 dəfə qalib olub.

Göründüyü kimi, Xudat şəhər İcra nümayəndəliyi tərəfindən elan olunan müsabiqələrdə müxtəlif işlər və xidmətlərin satınalınmasında qalib olan "Tural-2009” MMC ümumilikdə 16 dəfə , 245 890 manatlıq "əməliyyatlar” həyata keçirib.
 


"Tural-2009" MMC-in VÖEN kimliyi"Tural-2009” MMC-in VÖEN kimliyi"Tural-2009" MMC-in hüquqi ünvanı"Tural-2009” MMC-in hüquqi ünvanı Xaçmaz rayonu, 
 


"Tural-2009” MMC-in hüquqi ünvanı
 


Xudat şəhəri, Şəhriyar küçəsi, ev 53Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 53

Apardığımız araşdırmalar zamanı məlum olur ki, "Tural-2009” MMC (VÖEN 7700569131) 2009-cu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb.

Qeydiyyat sənədlərində qurumun hüquqi ünvanı, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 53, qanuni nümayəndəsi isə Şıxmuradova Nailə Məclum qızı göstərilib.

Maraqlıdır ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytından əldə etdiyimiz məlumatda göstərilir ki, Xudat şəhəri, Şəhriyar küçəsi ev 53-də 3 nəfər qeydiyyatdadır ki, bu şəxslər də:
 
1957-ci il təvəllüdlü Hacızadə Murad Abdulhey oğlu,
1963-cü il təvəllüdlü Hacızadə Nəzakət Ağamurad qızı və
1988-ci il təvəllüdlü Hacızadə Tural Murad oğludur.
 


Mərkəzi Seçki Komissiyasının saytından çıxarışMərkəzi Seçki Komissiyasının saytından çıxarış

Onu da qeyd edək ki, Murad Hacızadə uzun illər Xudat Şəhər İcra nümayəndəsi vəzifəsində çalışıb, indi isə Xaçmaz rayonu, Alekseyevka kənd icra nümayəndəsidir.

Məsələnin digər maraqlı tərəfi odur ki, "Tural-2009” MMC-nin qanuni təmsilçisi kimi qeyd olunan Nailə Şıxmuradova da Xudat icra nümayəndəliyində işləyir və xalq arasında "Bahar xanım” kimi tanınır.

Əldə etdiyimiz sənədlərdən məlum olur ki, Nailə Şıxmuradova bu satınalmalarda həm də fiziki şəxs kimi iştirak edib və 2014-cü ildə:
"idarənin digər xərcləri maddəsi üzrə satınalmalar üçün” – 5 390 manat,
"abadlıq işlərinin satın alınması üçün” – 44 100 manat,
"inventarların satın alınması üçün” – 6370 manat,
"mənzil fondunun əsaslı təmir işlərinin satın alınması üçün” – 44 100 manat olmaqla 4 dəfə, toplam 99 960 manatlıq müsabiqələrin qalibi olub.
 


Nailə Şıxmuradova isə Heydər Əliyev küçəsi, ev 29b ünvanında daimi qeydiyyatdadır.

Xudat şəhər, Heydər Əliyev küçəsi, ev 29bXudat şəhər, Heydər Əliyev küçəsi, ev 29b
Maraqlıdır ki, adıçəkilən işlərə bu qədər pulların xərcləndiyi göstərilsə də, Xudat əhalisi arasında apardığımız araşdırmalar zamanı məlum oldu ki, ümumiyyətlə son 15 ildə Xudatda heç bir əsaslı təmir və ya hansısa abalıq işlərinin olmasını xatırlamırlar. Əksinə Xudat şəhərinin dağılmış küçələri, zibilxanaya çevrilmiş məhəllələr bu yaşayış yerinin hamı tərəfindən unudulduğunu deməyə əsas verir.

***

24saat.org-un apardığı araşdırmalar zamanı məlum olub ki, 2011-2015-ci illər ərzində Xaçmaz Rayon Icra Hakimiyyətinin Xidat İnzibati Dairəsi üzrə nümayəndəlik tərəfindən həyata keçirilən satınalmaların digər qalibləri:

"Elvin”, "Laçın Mİ”, "Dəi Dağ MS” Məhdud Məsuliyyətli Cəmiyyətləri olub.

Belə ki, "Elvin”MMC 2013-cü və 2014-cü illərdə:

– ərzaq məhsullarının satın alınması üçün – 105818 manat dəyərində,
– Xudat şəhət uşaq bağçalarına ərzaq məhsullarının satınalınması üçün isə – 113460 manat dəyərində müsabiqələrin qalibi olub.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, "Elvin”MMC (VÖEN 7700173301) 2001-ci ilin avqust ayının 21-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərinə görə kommersiya qurumunun hüquqi ünvanı, Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 26 göstərilir. Təşkilatın rəsmi təmsilçisi isə Məmmədov İlham Əsgər oğludur.

Həmçinin məlum olub ki, 2015-ci ildə
 
– Uşaq bağçalarına ərzaq məhsullarının satın alınması üçün keçirilən, dəyəri 111430 manat olan satınalmada qalib elan olunan "Laçın Mİ” MMC-nin də (VÖEN 7701283901) qanuni təmsilçisi Məmmədov İlham Əsgər oğludur.
 
 
 


2014-cü ilin avqust ayının 21-də dövlət qeydiyyatına alınan kommersiya qurumunun hüquqi ünvanı isə, Xaçmaz rayonu, Xudat şəhəri, Əlağa Vahid küçəsi, ev 10 göstərilir.

Məleykə Abbaszadə yenidən hədəfdə
 
Qaliblərin siyahısında adıçəkilən "Dəli Dağ MS” MMC isə, 2012-ci ildə,
 
– ərzaq məhsullarının satın alınması üçün keçirilən 102150 manat dəyərində olan müsabiqəni udub.

Araşdırmalarımız zamanı məlub olub ki, "Dəli Dağ MS” (VÖEN 7700632141) 2009-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınmıışdır. Qurumun hüquqi ünvanı Xaçmaz rayonu, Xudat şəhəri, Əlağa Vahid küçəsi ev 10 göstərilir. Təşkilatın qanuni təmsilçisi isə, Məmmədova Sərfinaz Abdurəhman qızıdır.
 


Maraqlıdır ki, Məmmədova Sərfinaz Abdurəhman qızı 2011-2015-ci illərdə Xudat İcra nümayəndəliyi tərəfindən keçirilən satınalmalarda həm də fiziki şəxs kimi iştirak edərək, qalib elan olunub. Qalibi olduğu satınalmaların dəyəri isə 109210 manatdır.

Onu da qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, yuxarıda adıçəkilən ünvanda, yəni Xudat şəhəri, Əlağa Vahid küçəsi ev 10-da Məmmədovlar ailəsinə məxsus yaşayış evi yerləşir və 1956-cı il təvəllüdlü Məmmədov İlham Əsgər oğlu, 1959-cu il təvəllüdlü Məmmədova Sərfinaz Abdurəhman qızının rəsmən həyat yoldaşıdır, həmin ünvanda yaşayırlar.

Beləliklə məlum olur ki, 2011-2015-ci illərdə həm fiziki şəxs, həm də müxtəlif kommersiya qurumlarının adı ilə Xudat icra nümayəndəliyinin keçirdiyi müsabiqələrin qalibi elan olunan Məmmədovlar ailəsi, bu illər ərzində ümumilikdə, 439 918 manat dəyərində satınalmaları udublar.

Məlumat üçün bildirək ki, adıçəkilən ailə həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olur və məhz Xudat Şəhər icra nümayəndəliyinin yerləşdiyi Heydər Əliyev küçəsində, Polis Bölməsi ilə üzbəüz ailəyə məxsus ərzaq mağazası var.

Onu da qeyd edək ki, məsələyə münasibət bildirmək üçün Məmmədov İlhamla əlaqə saxladıq. O, həmin bu satınalmalar və məbləğlər barədə konkret nəsə deyə bilməsə də, müsabiqələrdə iştirak etdiyi təsdiqlədi. 

Məmmədovun İlhamın sözlərinə görə, ailəsinə məxsus kommersiya qurumları yalnız "ərzaq məhsullarının satın alınması üçün” keçirilən müsabiqələrdə qalib olub. Bu da şəhər ərazisindəki bağçaların ərzaq təminatının Xudat İcra nümayəndəliyi tərəfindən həyata keçirildiyi dövrə təsadüf edib. 

Konkret məbləğlər barədə bir söz deyə bilməyən müsahibimiz bildirib ki, rəqəmlər yadında qalmasa da, bunu ancaq ödədiyi vergi sənədlərinə əsasən xatırlaya bilər. Həmişə qanunda nəzərdə tutulan məbləğdə vergi ödədiyini bildirən sahibkar, yalnız həmin sənədlərə əsasən, hansı məbləğdə satınalmaların qalibi olduğunu deyə biləcəyini bldirir.

Maraqlıdır ki, sahibkar yalnız ərzaq məhsullarının satınalınması üçün keçirilən müsabiqələri bildiyini desə də, araşdırmalar zamanı məlum olur ki, 2015-ci ildə, onun həyat yoldaşı Məmmədova Sərfinaz Abdurəhman qızı, "dəftərxana ləvazimatlarının alınması üçün” keçirilən 7060 manat məbləğində satınalmanın qalibi olub.

Bu müsabiqədən və məbləğdən isə, ailənin məlumatı olmayıb…
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook