SON XƏBƏR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi (FOTOLAR)

May 17
12:09 2019
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Azərbaycanın ilk hərbi naziri, ikinci kabinetdə əkinçilik və əmlak naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilib.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynov açmışdır. 

Qaynarinfo.az xəbər verir ki, martın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb. 

Nəsiman Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
 
Yubileydə Milli Məclisin deputatı Fazil Mustafa, Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, tədqiqatçı Nazir Əhmədli, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, gənc araşdırmaçı, Dr. Orxan Cəbrayıl və digərləri çıxış edib. 

Sonda tədbir təşkilatçılarından Qəzənfər Hüseynov çıxış edərək təşkilat komitəsinin yaradılması və Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət hazırlanmasını təklif etmişdir.

Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.  
 
Xatırladaq ki, tədbir Karabakhmedia.az saytının təşəbbüsü və təşkilatçılığı ilə keçirilib.
 
Qlobal.az
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook