SON XƏBƏR

Xocavənd batalyonunun komandirinin qızı Harvarda qəbul oldu - FOTO

Dekabr 14
14:44 2019
Xocavənd batalyonun komandiri İlhas Hüseynovun qızı Nigar Mövsümlü Harvard universitetinin magistraturasına qəbul olub. 
 
Qlobal.az xəbər verir ki, bu barədə xəbəri ehtiyatda olan polkovnik Nazim Bayram feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Nigar Mövsümlü Qarabağ həqiqətlərini dünyaya çatdırmaq işində beynəlxalq gənclər və tələbə meydançalarında faəl olan gənclərdəndir. 
 
Mövsümlü Nigar İlyas qızı 10 avqust 1993-ü ildə anadan olmuşdur. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisas üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirmişdir. 2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən hal-hazıra kimi Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə ölkə müdir müavini vəzifəsində çalışır. Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook