SON XƏBƏR

Xızıda qadağan olunmuş zəhərli maddə satmaq istəyən şəxs tutuldu (FOTO)

Yanvar 18
12:32 2019
Xızıda qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Giləzi qəsəbəsində satış məqsədi ilə üzərində qanunla dövriyyəsi qadağan olunmuş zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib.

Saxlanılan zaman E.Bayramovun üzərinə baxış zamanı, ondan qanunla dövriyyəsi qadağan edilərək zəhərli maddələr siyahısına daxil olan 340 qram metallik civə aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini bildirib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook