SON XƏBƏR

Xırdalanda yataqxana yandı: 17 nəfər təxliyə edildi

Yanvar 12
12:26 2018
Xırdalanda yataqxana binasında yanğın olub.

Qaynarinfo xəbər verir ki, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı  17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook