SON XƏBƏR

XİN-dən Zaxarovanın Azərbaycan mediasını təhqirinə cavab

Aprel 28
13:21 2017
Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır.
 
Axar.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyası haqda danışarkən deyib.
 
"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə o bildirib.
 
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. O, APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma "DQR” məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsərək, Azərbaycan media nümayəndələrinin ünvanına qeyri-etik ifadələr işlədib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook