SON XƏBƏR

Xəzərdəki axtarışlara yeni qüvvələr cəlb olundu

Yanvar 10
12:02 2017
Bildirilir ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Bu barədə virtualaz.org-a Axtarış-xilasetmə Qərargahından məlumat verilib.
 
Bildirilir ki, hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.
 
İlk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov” "Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir.
 
Axtarış – xilasetmə əməliyyatları zamanı, uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Xatırladaq ki, axtarışlar uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook