SON XƏBƏR

Xəzərdə balıqlar niyə tələf olur? - Nazirlik araşdırır (VİDEO)

İyun 11
00:29 2018
"XəzərXəbər”in vatsap nömrəsinə dənizdə balıqların tələf olması ilə bağlı görüntülər göndərilib. Görüntülər dünən Xaçmazın Seyidli kəndində Xəzər dənizinin sahilində çəkilib. Çoxlu sayda xırda balığın tələf olduğu açıq aydın görünür. Artıq məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qarışıb

Suyun içərisində xeyli sayda tələf olmuş kiçik balıqlar var. Sahildə qumun üzərində də eyni mənzərədir. Görüntülər Xəzər dənizinin Xaçmaz rayonunun Seyidli kəndindəki sahilində lentə alınıb. Bu balıqlarötən gün mobil telefonla çəkilərək "XəzərXəbər”in vatsap nömrəsinə göndərilib.

Məsələ ilə bağlı ekoloq Telman Zeynalovun sözlərinə görə balıqların tələf olmasına səbəb dənizə çirkab suların axıdılmasıdır. Ekoloqun sözlərinə görə sözügedən zonada kənd təsərrüfatı ilə məşğul olan fermer təsərrüfatlarında istifadə edilən kimyəvi maddələrin dənizə axıdılması halları mövcuddur.

Məlumata görə görüntülərin çəkildiyi ərazidə restoran və kafelər fəaliyyət göstərir. Ehtimallara görə həmin iaşə obyektlərindən axıdılan çirkab sular də dənizə axır

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə isə məsələ araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook