SON XƏBƏR

Xəyyam Fərəcovun arxasında Ceyhun Bayramov durur? - Direktor əvəzi özü belə deyir

Fevral 13
12:35 2018
248-saylı orta məktəbin direktor əvəzi Təhsil nazirinin əvəzedicisi ilə "anlaşdığını” açıq-açıq bəyan edir...

Bakının Binəqədi rayonunda fəaliyyət göstərən 248-saylı orta məktəblə bağlı AzMedia.info saytında müxtəlif məqalələr işıqlandırlmaı təhsil ocağının rəhbərliyini xeyli "qəzəbləndirib”. 

Məktəbin direktor əvəzi Xəyyam Fərəcovun və müavini Reyhanə Qurbanova müəllimlərin iclasında saytımız haqqında asıb kəsməklə bərabər həmdə ciddi "cp”-lər buraxıblar. 

248-saylı orta məktəbin müəllim kollektivinin iclasında baş verənlərlə bağlı saytımıza məlumat verən mənbənin iddiasına görə yığıncaqda məktəbin direktor əvəzi Xəyyam Fərəcov baş verənlərin mətbuata sızdırılmasının düzgün iş olmadığını deməklə bərabər onun arxasında Təhsil Nazirliyinin yüksək vəzifəli şəxslərinin dayandığını və yaxın günlərdə nazir əvəzi Ceyhun Bayramov tərəfindən 248-saylı orta məktəbə direktor təyin ediləcəyini  bildirib. 
 


Xəyyam  Fərəcov yaxın ətrafına da deyib ki, təsdiq olunması  üçün  nazirlik ondan  60 min manat istəyir, lakin onun 20-25  min  manata  gücü çatır. Direktor  əvəzi  onu da qeyd edib ki, nazir  əvəzi  Ceyhun  Bayramova  "sözü keçən adam”  tapıb  və gücü çatdığı  pulu verməklə işini  həll  edəcək. Xəyyam Fərəovun  iclada,  "haqqımda nə  yazırlar  yazsınlar, xeyri  yoxdur, onsuz da  nazirlik məni təsdiq edəcək”, cümləsini işlətməsi isə onun kimlərəsə arxayın olduğunun göstəricisi kimi qəbul edilməlidir. 

Maraqlı məqamlardan biri isə direktor müavini Reyhanə Qurbanovanın müəllimləri hədələyərək, "kimlərsə içimizdəki sirləri mətbuata ötrürür”, ifadəsini işlədib. Direktor müavini hətta bir azda qabağa gedərək çıxışında, "kimlərsə şagirdlərin bəzilərinin məktəbə gəlməməsini qəsdən gündəmə gətirir, burda nə var ki, bütün məktəblərdə bu mövcuddur,  248-də olanlar sizin gözünüzə girir?”, ifadələrini işlədib.
 


Saytımız vasitəsi ilə Təhsil Naziri əvəzi hörmətli Ceyhun Bayramova müraciət edərək bildirmək istəyirik ki, 248-saylı orta məktəbin direktor əvəzi Xəyyam Fərəcov və müavini Reyhanə Qurbanova hər yerdə adınızdan danışmaqla bərabər, arxalarında sizin dayandığınızı iddia edirlər. Cənab nazir əvəzinə onuda xatırlatmaq istəyirik ki, hazırda 248-saylı orta məktəbin hazırkı rəhbərliyi keçmiş sələflərindən geri qalmırlar. Əksinə nazir əvəzinin adından istifadə etməklə dərsə gəlməyən şagirlərin aylığını bir bir miqdar qaldırıblar. Keçmiş direktor bu qanunsuz işləri tək elədəyi halda hazırkı direktor əvəzi Xəyyam Fəərcovun korrupsiya şəbəkəsinə özündən başqa 3 nəfəri də əlavə edib. Bu şəbəkənin üzvüləri isə direktorun müavinləri Reyhanə Qurbanova ilə Sevinc Həsənovadır. 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook