SON XƏBƏR

Xələf Xələfov: Gələn ilin əvvəllərindən Gürcüstanla delimitasiya üzrə danışıqları davam etdirəcəyik

Dekabr 13
12:15 2017
Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib.
 
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
 
Nazir müavini deyib ki, hazırda qəbul edilmiş, razılaşdırılmış plan əsasında sərhəddə konkret sərhəd işarələrinin qoyulması və müvafiq qurğuların quraşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilir: "Gələn il də bu iş davam etdiriləcək. Biz diplomatik kanallar vasitəsilə komissiyaların rəhbərləri arasında görüşləri razılaşdırırıq. Bu, daimi prosesdir”.
 
Nazir müavini Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesinin hələ bitmədiyini qeyd edib. O deyib ki, komissiyalar danışıqlar prosesini davam etdirir. "Bizim Gürcüstanla bu il delimitasiya ilə bağlı belə məsləhətləşmə həyata keçirmək planımız var idi, ancaq bunu yerinə yetirə bilmədik. Yəqin ki, gələn ilin əvvəllərindən başlayaraq Gürcüstanla danışıqları davam etdirəcəyik. Müəyyən sahələrdə razılaşma əldə olunmursa, danışıqlar davam etdirilir. Bu, uzun prosesdir, çox da asan proses deyil. Elə olur ki, hər bir sahə üzrə aylarla müzakirə aparılır”, - deyə X.Xələfov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook