SON XƏBƏR

Xəbərdarlıq: “Yerli seriallar uşaqların psixologiyasına ölümcül zərbə vurur”

Noyabr 15
13:47 2017
"Bir sıra yerli teleseriallardakı kəskin ailə daxili münaqişlər və psixoloji sujetlər, xüsusi ilə zorakı hərəkətlərin əks olunduğu kadrlar kiçik yaşlı uşaqların psixologiyasına dəhşətli şəkildə mənfi təsir göstərir. Bu, sözün əsl mənasında onların psixologiyasını şikəst etmək dərəcəsinə çatır”.
 
Bu barədə "Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov mətbuata açıqlamasında bildirib.
 
Qurum rəhbəri bildirib ki, bir çox hallarda yerli televiziyalar serial çəkilişləri zamanı kəskin ailədaxili münaqişələrə, zorakı məqamların əks olunduğu sujetlərə həddən çox yer verirlər: Bu isə qəbuledilməz haldır. Sanki Azərbaycan ailəsinin bu sujetlərdə göstərildiyi kimi, ailə münaqişələrindən və nifrət faktorundan ibarət olduğu barədə rəy yaranır. Bu isə ən çox, cəmiyyətə yenicə göz açan uşaqların psixologiyasına ölümcül zərbə vurur, onlarda xalqımızın ailə dəyərləri barədə yanlış təsəvvür yaradır.”
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook