SON XƏBƏR

Xanım məmurun oğlu iş yoldaşını bıçaqladı - Beyləqanda

Mart 11
12:42 2018
Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib

Xuraman Rüstəmovanın oğlu Tural Əliyevin bıçaqladığı Beyləqan DYP-nin Namiq Zeynalov adlı işçisi hal hazırda rayon Mərkəzi Xəstaxanasındadır.

Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğlu öz iş yoldaşını rayon DYP-nin Namiq adlı işçisini bıçaqlayıb.

Criminal.az-a daxil olan məlumata görə isə, Beyləqan rayon yol polis şöbəsinin əməkdaşları bıçaq davasına çıxıblar. Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev öz iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov Criminal.az-a bildirdi ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib, vəziyyəti normaldı. 

Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirdi ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.

Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu və məzuniyyətdə olduğunu bildirib.

Məlumat üçün bildirək ki, öz polis yoldaşını bıçaqlandırmaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisi, digər qardaşı Elgün Əliyev isə DTX-nin əməkdaşıdır. Xatırladaq ki, daha əvvələr Tural Əliyev bahalı maşınlarla Beyləqanda avtoxuliqanlıq etdiyinə görə mətbuatın diqqətini cəlb edib. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook