SON XƏBƏR

Xanhüseyn Əliyev Səfər Mehdiyevdən PA rəhbərinə şikayət etdi

İyul 07
08:59 2020
Ölkədə mətbuat yayımı ilə məşğul olan ayrı-ayrı şirkətlərə xeyli müddətdir süni problemlər yaradılır. Bu problem isə çap mətbuatına da mənfi təsir göstərir.

Reyting.az-ın məlumatına görə, problem Dövlət Gömrük Komitəsinin KİV məhsullarına qeyri-qanuni Əlavə Dəyər Vergisinin (ƏDV) tələb etməsindən qaynaqlanır.

Yaranmış problemlə əlaqədar "Qaya Mətbuat Yayımı” MMC-nin direktoru Xanhüseyn Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət edib.

X. Əliyevin müraciətində deyilir:

"Hörmətli Samir müəllim!

2005-ci ilə kimi respublikaya idxal olunan qəzet və jurnallar Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələri ilə ƏDV-dən azad idi. Həmin il Nazirlər Kabineti KİV-in ƏDV-dən azad olunması ilə bağlı əlavə 11 saylı Qərar qəbul etdi. Əslində qanun qüvvədə ola-ola qərara heç bir ehtiyac yox idi. Bu bir səhv idi. 2015-ci ildə Nazirlər Kabineti 11 saylı Qərarı ləğv etdi. Lakin qanun - Vergi Məcəlləsi qüvvədə qaldı. 01 yanvar 2016-cı ildə Gömrük Komitəsi idxal olunan KİV-ə ƏDV tələb etməyə başladı. Bunu isə onunla əsaslandırırdılar ki, güya Vergi Məcəlləsinə «ALQI» sözü səhvən düşüb. Azad olma ancaq «SATQI»-ya aiddir”.

X. Əliyev S. Nuriyevə müraciətində yazır ki, bundan sonra məsələ ilə bağlı 6 məhkəmə prosesi keçirilib:

"Əvvəlki 3 prosesdə Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrinin qüvvədə olması və idxal olunan KİV məhsullarının «ALQI-SATQI»sının bütün növləri üzrə dövriyyələrin ƏDV-dən azad olunması barədə qərar qəbul olundu. Lakin sonrakı 3 məhkəmə prosesində qərara alındı ki, «ALQI» sözü qanuna səhvən düşüb. Bu necə ola bilər? Proseslərin arxasında isə Prezident Administrasiyasının və Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərləri dayanırdı. Hər ay ödənilən 3000-4000 AZN ƏDV-yə görə bu addımlara ehtiyac yox idi. Konstitusiya Məhkəməsi isə məsələ ilə bağlı qərar qəbul edə bilmədi. Qəbul edilmiş Qərardada isə qeyd olunur ki, əvvəlki 6 məhkəmə prosesi obyektiv olub.

Hörmətli Samir müəllim!

Qarşıdan mətbuatın 145 illik yubileyi gəlir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata dəstək ilə bağlı növbəti sərəncam imzalayıb. Respublikada və dünyada COVİD-19 pandemiyası ilə bağlı karantin vaxtı ƏDV-nin tətbiqi daha da böyük problemlər yaradır və mətbuatın inkişafına əks təsir göstərir.

Xahiş edirik ƏDV-nin dayandırılmasında mətbuata köməklik edəsiniz”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook