SON XƏBƏR

Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi münasibətilə Salyan rayonunda tədbir keçirilmişdir

Oktyabr 21
14:31 2017
21 oktyabr 2017-ci il tarixində xalq şairi  Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyi münasibətilə Salyan şəhər 2 saylı tam orta məktəbinin akt zalındatədbir keçirilmişdir.
 
Tədbir iştirakçıları öncə "Ata-oğul” abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
 
Sonra tədbir şəhər 2 saylı tam orta məktəbdə davam etdirilmişdir.
 
Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov şairin yaradıcılığından, xüsusən vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərdən, onun milli dəyərlərimizin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən danışmışdır.
 
Tədbirdə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş şairin yaradıcılığı təhlil olunmuş, onunla bağlı xatirələr söylənilmiş, görkəmli poeziya ustasının ictimai fəaliyyətinə dair video-çarx nümayiş etdirilmiş,əsərlərindən ibarət kompozisiya və şeirlər səsləndirilmişdir.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook