SON XƏBƏR

Xalq Hərəkatında ara qarışıb: “Qurban Məmmədovla Mirmahmud Mirəlioğlunu satın alıblar“

Oktyabr 03
13:08 2019
"Azərbaycan Xalq Hərəkatında baş verənlər hakimiyyətin projesidir. Adamları satın alırlar, orada təmsil olunanlar da satılırlar".

Bu fikirləri Reyting.az-a açıqlamasında bir müddət öncə Azərbaycan Xalq Hərəkatından çıxarılan Azadlıq Partiyasının sədri Əhməd Oruc səsləndirib.

Onun sözlərinə görə, sonuncu iclasda hüquqşünas Qurban Məmmədovla KXCP sədri Mirmahmud Mirəlioğunun satın alındığını sübut edib və bundan sonra qalmaqal böyüyüb.

"Bu adamlar Kəmaləddin Heydərov tərəfindən idarə olunurlar. Mən bunu sübut eləmişəm, çəkiliş də var, amma Qurban Məmmədov video-materialı ortalığa çıxamır. Onlar mənə heç nə sübut edə bilməyiblər, amma mən hamısına sübut eləmişəm”.



Əhməd Oruc

Əhməd Oruc deyir ki, Mirmahmud Mirəlioğluya "oğlun Fövqəladə Hallar Nazirliyində işləyirmi?”, - sualını versələr də, konkret cavab ala bilməyiblər. Mirəlioğlu sualın cavabında deyib ki, bu, şəxsi məsələdir.

Ə. Oruc isə belə bir sual verir:

"Hakimiyyətin istefasını tələb edən partiya sədrinin oğlu hansısa nazirlikdə necə şöbə müdiri ola bilər? Hakimiyyətin razılığı olmadan hansı nazir müxalifət partiyası sədrinin oğluna yüksək vəzifə verə bilər? Deməli, bu adamlar sifarişlə müxalifətçilik rolu oynayırlar. Bu adamların bir işi də Xalq Hərəkatını sıradan çıxartmaqdır”.



Q. Məmmədov, M. Mirəlioğlu

Ə. Oruc bildirib ki, Xalq Hərəkatı fəaliyyətə başlayanda Mirmahmud Mirəlioğlunun hakimiyyət düşərgəsindən pul aldığı ortaya çıxıb və o, bu məsələni təkzib edə bilməyib: "Mirəlioğluya 2008-ci ildə Kəmaləddin Heydərovun göstərişi ilə geri çəkildiyini də sübut elədim. Sonra bunlar üzümə durdular, Rəhim Qazıyev də mövqesizlik elədi, axırı da belə oldu. Rəhim Qazıyev səsvermə anına qədər gözlədi, sonra istefa verdi”.

Azadlıq Partiyasının sədri sonda qeyd edib ki, Rəhim Qazıyevin (sabiq müdafiə nazirin nəzərdə tutur-red.) 77 yaşı olmasına baxmayaraq, bu hərəkəti ilə ən aşağı adam olduğunu bir daha sübuta yetirib.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook