SON XƏBƏR

Xalq artisti oğurluqda ittiham olunur: Kamera görüntüləri yayıldı - VİDEO

Aprel 12
03:25 2017
Qadının sırğası oğurlanıb

Xalq artistini oğurluqda ittiham edirlər. Bakı sakini şadlıq evində itirdiyi sırğasını məhz xalq artisti Ramiz Məmmədovun tapıb qaytarmadığını deyir. Ramiz Məmmədov isə, əlbəttə ki, bu ittihamı rədd edir. Paltarını qarderoba verdikdən sonra yerə baxır. Yerdəki əşya diqqətini çəkir və əyilib onu götürür. Götürdüyü əşyanı bir az kənarda daha yaxından incələdikdən sonra isə heç nə olmamış kimi cibinə qoyub, zala daxil olur.

Qlobal.az xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər paytaxtdakı restoranlardan birinin kamerasına düşüb.

Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarınn görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.

Südabə Zalovanın sözlərinə görə, bununla əlaqədar xalq artisti ilə nə qədər danışmaq istəsə də, bu cəhdləri nəticə verməyib.

Məsələ ilə bağlı xalq artisti ilə telefon əlaqəsi saxladıq. Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və onu da toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.

Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Amma bildiyimiz bir şey var ki, qadının 6 qramlıq qızılı ortalıqda yoxdur. Kamera görüntülərində isə sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook