SON XƏBƏR

“Xaliq Faiqoğlu” şirkətinin rəhbərindən açıqlama: "Həyatıma təhlükə var"

Noyabr 01
23:05 2017
"Xaliq Faiqoğlu” şirkətinin rəhbəri həyatına təhlükədən  olması ilə bağlı açıqlama yayıb. Şirkətdən "Qafqazinfo”ya daxil olan xəbərə görə, 8 iyun 2017-ci il tarixdə bir qrup şəxslə əlbir olaraq "Safastore” supermarketinə hücum təşkil edərək ictimai qaydanı kоbud surətdə pоzan, hazırda həbsdə olan Azadxan Xanməmmədov barəsində  küllü miqdarda zərər vurmaqla törədiyi dələduzluq cinayəti ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib.
 
Şirkətin baş direktoru Faiq Seyidov müraciətində bildirib ki, hazırda xuliqanlıq maddəsi ilə həbsdə olan  Azadxan Xanməmmədov onun etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1500 000 manata satdığı əmlakı bu günə kimi mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb: "Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədova məxsusmuş və bizə satmamışdan xeyli əvvəl 2010-cu ildə "Access Bank” QSC girov qoyub küllü miqdarda kredit götürübmüş. Azadxan Xanməmmədovun etibardan sui-istifadə edərək külli miqdarda ziyan vurmaqla yolu törədiyi hərəkətlərlə bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsi və cinayət işinin başlanması üçün tərəfimizdən Binəqədi RPİ-nə ərizə ilə müraciət olunub”.
 
F.Seyidov müraciətində qeyd edib ki, 1 ildən çoxdur Azadxan Xanməmmədovun şantaj və böhtanlarına məruz qalır:"Hazırda həbsdə olmasına baxmayaraq yenə də çirkin əməllərindən əl çəkmir. Bizdə olan məlumata görə bütün əməllərinin boşa çıxdığını görən Azadxan Xanməmmədov cinayətkarlara pul vəsaiti təklif etməklə mənim və ailə üzvlərimin həyatına təhlükə yaratmağı planlaşdırır. Bu əməllərində müxtəlif media orqanlarından istifadə edərək özünü yalandan şirkətin ortağı kimi qələmə verir, razılaşma əsasında 1500 000 manata satdığı əmlakın guya zəbt edildiyini bəyan edir. "Xaliq Faiqoğlu” şirkətinin uğurlarını, sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatları həzm edə bilməyən dələduz "iş adamı” hər bir vasitə ilə fəaliyyətimizə mane olmağa çalışır. Eyni zamanda məlum olub ki, Azadxan Xanməmmədovun külli miqdarda ziyan vurmaqla yolu törədiyi cinayət hadisəsinin tək qurbanı biz deyilik. Məlum olur ki, Azadxan Xanməmmədov haqqında müxtəlif istintaq orqanlarında ayrı-ayrı əməlləri barəsində cinayət işləri aparılır”.
 
Xatırladaq ki, Faiq Seyidovla sahibkar Azadxan Xanməmmədovun arasında mülki mübahisə yarandığı ilkin vaxtlarda sahibkarın qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva, oğlu Tural Xanməmmədov və qardaşı oğlu Cavid Xanməmmədovun iştirak etdikləri mətbuat konfransı keçirmişdilər. A.Xanməmmədovun vəkili Ceyhun Yusifov bildirmişdi ki, müvəkkilinin həbsindən əvvəl barəsində mətbuatda düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Müdafiə etdiyi şəxs "Xaliq Faiq oğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edilib.
 
(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook