SON XƏBƏR

Xaçmazın gənc İcra başçısı kim olacaq?

Oktyabr 31
15:03 2019
Rzayev Elnur Şahbaz oğlunun Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı təyin olunacağı ilə bağlı sərəncamın veriləcəyi gözlənilir...

Məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini olan gənc məmur Elnur Rzayev 81 yaşlı Şəmsəddin Xanbabayevin yerinə gətirilir.
 
DOSYE: Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə (39 yaş) Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.(konkret.az)

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook