SON XƏBƏR

"Western Union" Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

İyul 22
12:01 2019
"Western Union" Rusiyadan Qazaxıstan, Qırğızıstan, Çin və Vyetnam istisna olmaqla, xarici ölkələrə pul köçürmələrinin miqdarını 30 təqvim günü müddətində 600 min rubla qədər məhdudlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə "Western Union"un məlumat mərkəzindən bildiriblər.

Buna qədər aprelin 16-dan etibarən Rusiyadan Qazaxıstan, Qırğızıstan, Çin və Vyetnama göndərilən pul köçürməsinin miqdarı 30 gün ərzində 100 min rubl məbləğində məhdudlaşdırılmışdı.

Şirkətdən bu addımın pul vəsaitlərinin qanunsuz məqsədlər üçün istifadəsi riskini minimuma endirmək üçün atıldığı vurğulanıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook