SON XƏBƏR

Vüsal Hüseynov: “Pandemiya miqrasiyaya da təsirsiz ötüşməyib”

May 20
11:51 2020
"Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya ilə mübarizə aparılır”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələləri də diqqətdə saxlanılıb.

Xidmət rəisi bildirib ki, bütün dünyada olan pandemiya miqrasiyaya da təsirsiz ötüşməyib: "Bu gün sosial izolyasiya və evdə qalmadan danışırıqsa, insanların yerdəyişmə istəkləri məhdudlaşdırılır. Bu dövrdə DMX operativ uyğunlaşma həyata keçirməyə çalışdı. Ölkədə bir kontingent müvafiq yaşama icazəsi olanlardır, burada davamlı yaşayanlardır. İkincisi vizasız qaydada və ya vizalı müddətdə gələnlərdir. Karantin müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə DMX tərəfindən bir sıra xidmətlər yalnız elektron qaydada həyata keçirilib. Bu sənədlər elektron poçt vasitəsilə göndərilib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook